Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A. Tağıyeva/
Türkiyə iqtisadiyyatı bundan sonra da ölkədə demokratiyanın möhkəmlənməsilə paralel artacaq. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, hazırda Türkiyənin milli gəliri 1 trilyon lirəni üstələyir ki, bu da ölkə iqtisadiyyatının gücünün göstəricisidir: "Həmçinin hökumətimizin vəzifəsi demokratiya, insan azadlığı və hüquqlarının möhkəmləndirilməsidir".
Ərdoğan qeyd edib ki, Türkiyə 2023-cü, 2053-cü və 2071-ci illərə istiqamətlənmiş iqtisadiyyatın inkişafı ilə bağlı bir neçə layihə hazırlayıb.