...

Azərbaycanda prezidentliyə namizədlərin pulsuz efir vaxtı üçün püşkatma keçiriləcək

Siyasət Materials 12 Sentyabr 2013 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib ki, prezidentliyə namizədliyi qeydə alınanların pulsuz efir vaxtı ilə təmin olunması üçün püşkatma keçiriləcək.

Trend-in məlumatına görə, sentyabrın 16-da MSK-da keçiriləcək püşkatmanın nəticəsinə əsasən, namizədliyi qeydə alınanlar üçün pulsuz efir vaxtı ayrılacaq.

Efir vaxtı İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti