Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İzzət/
Tacikistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Tacikistan hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 18-19-da Tacikistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edəcək.
Bakıda iki gün səfərdə olacaq nümayəndə heyətinin üzvləri Azərbaycanın hərbi təhsil sistemilə, o cümlədən Tacikistan kursantlarının Azərbaycanda təhsilinin gedişi, hərbi intizamı və yaşayış şəraiti ilə tanış olacaqlar.