...

Siyavuş Novruzov: Milli Şuranın təmsilçilərinin London səfəri turist səfəridir

Siyasət Materials 13 Sentyabr 2013 13:32 (UTC +04:00)
Milli Şuranın təmsilçilərinin London səfəri sadəcə olaraq bir turist səfəridir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Orada hər hansı bir dəstəkdən, kimlərləsə görüşməkdən söhbət getmir, sadəcə olaraq dincəlməyə gediblər".
Siyavuş Novruzov: Milli Şuranın təmsilçilərinin London səfəri turist səfəridir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın təmsilçilərinin London səfəri sadəcə olaraq bir turist səfəridir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib: "Orada hər hansı bir dəstəkdən, kimlərləsə görüşməkdən söhbət getmir, sadəcə olaraq dincəlməyə gediblər".

Rüstəm İbrahimbəyovun London səfərindən imtina etməsinə münasibət bildirən S.Novruzov qeyd edib ki, bu, Rüstəm İbrahimbəyovun Milli Şuraya yazdığı ssenarinin tərkib hissəsidir:

"Biz demişdik ki, Rüstəm İbrahimbəyov bunlar üzərində bir ssenari yazıb. Gözləyir ki, həmin ssenarini 9 oktyabrdan sonra tamamlasın. Rüstəm İbrahimbəyov bunların başına elə bir oyun açıb ki, indi o ssenarini tamamlamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti