...

MSK Cəmil Həsənliyə və Hafiz Hacıyevə xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 Sentyabr 2013 16:54 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK)şənbə günü keçirilən iclasında komissiyaya daxil olan şikayətlərə baxılıb.
MSK Cəmil Həsənliyə və Hafiz Hacıyevə xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında komissiyaya daxil olan şikayətlərə baxılıb. Trend-in məlumatına görə, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, komissiyaya 4 şikayət daxil olub - onlardan ikisi YAP Seçki Qərargahının sədri, Prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov, biri İTV, digəri isə "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinindir.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, YAP tərəfindən daxil olunmuş müraciətdə qeyd olunur ki, Cəmil Həsənli tərəfindən 19 sentyabrda keçirilən təşviqat proqramı zamanı YAP namizədi İlham Əliyevin şərəf və ləyaqətinə xələl toxunan ifadələr işlədilmiş və bu da qanunvericiliklə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Ekspert qrupunun üzvləri hesab edir ki, bu hal gərgin seçki prosesində baş tutduğundan Cəmil Həsənli barədə cinayət tərkibli məsuliyyətə cəlb etmək əvəzinə, ona ciddi xəbərdarlıq etməklə bağlı qərar qəbul edilməlidir.

İTV tərəfindən ünvanlanan müraciətdə isə qeyd olunur ki, Cəmil Həsənli təyin olunmuş pulsuz efir vaxtını aşaraq İTV-yə maddi ziyan vurub. MSK-nın qəbul etdiyi qərarda qeyd olunur ki, YAP nümayəndəsi Əli Əhmədovun, İTV-nin müraciətləri qismən təmin edilərək Cəmil Həsənliyə ciddi xəbərdarlıq edilsin.

İclasda daha sonra qeyd olundu ki, Cəmil Həsənli şikayət məktubunda Hafiz Hacıyevin debatda onun pulsuz efir vaxtını aldığını və onun ünvanına tәhqiredici ifadәlәr işlәtdiyini qeyd edib.

Bununla bağlı, MSK Hafiz Hacıyevə də xəbərdarlıq edən qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti