...

Obama İran Prezidenti ilə görüşməyi planlaşdırmır

Siyasət Materials 24 Sentyabr 2013 01:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

ABŞ Prezidenti Barak Obama İran Prezidenti Həsən Ruhani ilə görüşməyi hələ ki planlaşdırmır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Cey Karni deyib.

Qeyd edək ki, B.Obama və H.Ruhani bu həftənin əvvəlində Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında eyni vaxtda iştirak edəcəklər. Onların görüşü barədə söz-söhbətlər İranın nüvə proqramı ilə bağlı diplomatiyanın gözlənilmədən fəallaşmasından sonra yaranıb.

Xəbər lenti

Xəbər lenti