...

İran Prezidentinə çəkmə atan şəxslər həbs olundu

Siyasət Materials 29 Sentyabr 2013 18:54 (UTC +04:00)
Polis İran Prezidenti Həsən Ruhaninin Tehran hava limanına gəlişi zamanı asayişi pozmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
İran Prezidentinə çəkmə atan şəxslər həbs olundu

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Cəfərov/

Polis İran Prezidenti Həsən Ruhaninin Tehran hava limanına gəlişi zamanı asayişi pozmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Trend "Mehr" agentliyinə istinadən məlumat verir ki, iş üzrə araşdırma aparılır.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyasında H.Ruhaninin göstərdiyi mövqedən narazı qalanlar dövlət başçısı Nyu-Yorkdan Tehrana gələn zaman aeroporta toplaşaraq etiraz etmişdilər. Hətta bir neçə nəfər Prezidentə çəkmə atmışdı.

Xəbər lenti

Xəbər lenti