...

MBD PA-nın missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 7 Oktyabr 2013 17:31 (UTC +04:00)
MDB Parlamentlərarası Assambleyasından (PA) olan beynəlxalq müşahidəçilər qrupu prezident seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmək üçün Azərbaycana gəlib.
MBD PA-nın missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir S.Ağayeva/

MDB Parlamentlərarası Assambleyasından (PA) olan beynəlxalq müşahidəçilər qrupu prezident seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmək üçün Azərbaycana gəlib. Bu barədə bazar ertəsi Trend-ə MDB PA-nın Bakı ofisindən bildiriblər.

Məlumata görə, MDB PA Şurası katibliyinin rəhbəri, baş katib Aleksey Sergeyev Azərbaycanda beynəlxalq müşahidəçilər qrupunun işində iştirak edir.

MDB PA-dan olan müşahidəçilər qrupu MDB missiyasının tərkibinə daxildir. Qrup təqribən 30 nəfərdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti