...

Polşalı müşahidəçi: Azərbaycanda seçici fəallığı Aİ ölkələrindən çox yüksəkdir

Siyasət Materials 9 Oktyabr 2013 15:30 (UTC +04:00)
Azərbaycanda seçici fəallığı Avropa İttifaqı (Aİ) ölkələrindən çox yüksəkdir.
Polşalı müşahidəçi: Azərbaycanda seçici fəallığı Aİ ölkələrindən çox yüksəkdir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Y.Kosolapova/

Azərbaycanda seçici fəallığı Avropa İttifaqı (Aİ) ölkələrindən çox yüksəkdir. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Avropa Parlamentinin Polşadan olan üzvü Yaçek Vlosoviç bildirib.

Onun sözlərinə görə, seçki məntəqələrində hər şey kifayət qədər yüksək səviyyədə hazırlanıb.

Vlosoviç bildirib: "Məntəqələrdə müxtəlif namizədlər və ölkələrdən olan müşahidəçilər iştirak edir. Mən dünyada seçkilərin müşahidə olunması üzrə bir çox missiyaların tərkibində işləmişəm. Böyük təcrübəsi olan bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan seçkiləri çox yaxşı təşkil edib".

Avropa Parlamentinın bolqarıstanlı üzvü Binev Slavi bildirib ki, Azərbaycandakı prezident seçkiləri zamanı yüksək fəallıq müşahidə olunur.

Bolqarıstandan olan müşahidəçi Azərbaycan xalqına uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti