...

Allahşükür Paşazadə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Siyasət Materials 30 Oktyabr 2013 17:59 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi xanım Deniz Duranı onun öz xahişi ilə QMİ-də qəbul edib.
Allahşükür Paşazadə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi xanım Deniz Duranı onun öz xahişi ilə QMİ-də qəbul edib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, görüşdə maraq kəsb edən məsələlər müzakirə olunub.

R.Dadaşovanın sözlərinə görə, A.Paşazadənin bir dini lider olaraq əsirlərin azad olunması ilə bağlı fəaliyyətini izlədiyini, bu barədə məlumatlı olduğunu və Şeyxülislamın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin əvvəllərində erməni katalikosu ilə razılaşması əsasında müəyyən əsirlərin azad olunması ilə bağlı fəaliyyətindən məlumatlı olduğunu bildirən xanım D.Duran bununla bağı A.Paşazadəyə öz təşəkkürlərini çatdırıb.

R.Dadaşov deyib ki, xanım D.Duran ümidvar olduğunu bildirib ki, A.Paşazadə bundan sonra da Qafqazda dini liderlərin üçtərəfli görüşlərinin müddəalarına uyğun olaraq gələcəkdə də bu yöndə fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti