...

Gəncədə Mustafa Kamal Atatürkün vəfatının 75-ci ildönümü anılıb

Siyasət Materials 10 Noyabr 2013 16:27 (UTC +04:00)
Bu gün müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 75 il ötür. Bu tarix Gəncədəki Türkiyə konsulluğunda anılıb.
Gəncədə Mustafa Kamal Atatürkün vəfatının 75-ci ildönümü anılıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Bu gün müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 75 il ötür. Bu tarix Gəncədəki Türkiyə konsulluğunda anılıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncədə yaşayan və fəaliyyət göstərən türklərin iştirak etdiyi mərasim Atatürkün vəfat etdiyi saatda - 09:05-də 1 dəqiqəlik sükutla başlayıb. Atatürkün həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Filmdə Mustafa Kamal Paşanın məhv olmaqda olan Osmanlı İmperiyasının təməlləri üzərində yeni Cümhuriyyət qurması, hərbi, səhiyyə, mədəniyyət və təhsil sahələrində apardığı islahatlardan geniş söz açılıb.

Türkiyənin Gəncədəki konsulu Haluk Ağca Atatürkün əvəzolunmaz bir siyasətçi olduğunu qeyd edib: "Türkiyə sərhədləri daxilində yaşayan hər bir insan özünü Mustafa Kamal Atatürkə borclu hiss edər. Bunun səbəbi də ona sadəcə bu gün gəldiyimiz səviyyəyə görə yox, eyni zamanda, hürriyyətimiz, suverenliyimiz, şərəfimiz üçün borclu olmağımızıdır. Bu borcu millət olaraq yüz illərlə, min illərlə onu yad edərək ödəməyə çalışırıq".

Mərasim iştirakçıları Atatürk haqqında fikirlərini səsləndirib, azyaşlıların şeirləri və ifalar xüsusi alqışlarla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti