Yeni Azərbaycan Partiyası: güclü, mütəşəkkil siyasi qüvvə

Yeni Azərbaycan Partiyası: güclü, mütəşəkkil siyasi qüvvə

Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist

Nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasından 21 il ötür. Ötən hər günün hesabat xarakteri daşıdığını qəbul etsək, 21 ilin partiyanın həyatında hansı mühüm hadisələrlə yadda qaldığının təhlilinin nə qədər zərurət olduğunu aydın dərk etmək olar. Təbii ki, hansısa bir hadisənin baş verməsi üçün bir zərurət, əsas olmalıdır. Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrə qısaca nəzər salsaq, bu zərurət özünü qabarıq şəkildə büruzə verər.

Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etdi. Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsil sahibinə çevrilmək xalqımızın ən böyük arzusu olub. XX əsrin əvvəllərində bu istəyinə qovuşan xalqımızın sevinci məlum səbəblərdən uzun sürməsə də, bu, onların azad, müstəqil yaşamaq arzusunu məhv etmədi, əksinə daha da alovlandırdı. XX əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə nail oldu. Lakin ilk illərdə ölkəyə idarəçilik qabilyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Bu fikirlər ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətində də öz əksini tapıb: "Azərbaycan sözün əsil mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır... Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi, respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir." Müraciətdə həmin dövrün səciyyəvi xüsusiyyətlərindən biri kimi yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir işin görülmədiyi xüsusi önə çəkilərək bunun səbəbi açıqlanır. Bildirilir ki, bu siyasi partiyaların rəhbərləri arasında sözün əsil mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Bu inam ifadə olunmuşdur ki, yeni qüvvələrin öncülü, aparıcısı görkəmli siyasi xadim Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.

Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabında isə partiyanın gələcəyinə inamını belə ifadə etmişdir: "Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər."

Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi vaxtdan- 1992-ci il 21 noyabr tarixindən bu günə qədər keçilən yola nəzər salsaq bu inamın əsaslılığı təsdiqini tapar. Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının II qurultayında söylədiyi "Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Biz partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət - sizin hamınıza məlum olan vəziyyət bizim hamımızı düşündürürdü. Ona görə də, bir tərəfdən, biz hesab edirik ki, partiyanı yaradaraq biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, sadəcə, ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxardı" fikirlər də partiyanın yaranma zərurətinə aydınlıq gətirməklə yanaşı, sonrakı dövrün əsas istiqamətlərinin müəyyənləşdirilməsinə bələdçilik etdi. Partiyanın II qurultayının məhz Azərbaycanın istiqlaliyyətinin, dövlət müstəqilliyinin 10-cu ildönümünə təsadüf etdiyini önə çəkən ümummilli liderin bu fikirlərini xatırlatmağa böyük zərurət var: "Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, parçalanırdı, vətəndaş müharibəsi həddinə çatmışdı. Təbiidir ki, Azərbaycanın müstəqilliyi böyük təhlükə qarşısında idi. Sizə bunları deyərək onu bildirmək istəyirəm ki, həqiqi müstəqillik ancaq bizim bu partiyanın 8 il ərzində iqtidarda olaraq həyata keçirdiyi tədbirlər nəticəsində mümkün olubdur. Ona görə də biz müstəqilliyin 10-cu ildönümünü artıq dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, ölkəni iqtisadi, sosial, siyasi böhrandan çıxarmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin etmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd edirik. Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır."

1992-ci ildə zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının ötən 21 ildə keçdiyi yol, əldə etdiyi uğurlar biri-birindən əhəmiyyətli olmaqla yanaşı, gələcək barədə də aydın təsəvvür yaradır. Ulu öndər Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz fikirləri Azərbaycanın 10 ildə qazandığı uğurların qısa xarakteristikası idi.

Artıq Azərbaycan müstəqilliyinin 22 ilini arxada qoydu. Tarixi müstəqil Azərbaycanın tarixi kimi təsdiqlənən Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 ili tamam olur. Azərbaycanın müstəqillik tarixinin 21 ilinə bələdçilik edən partiya bu dövr ərzində çətin, eyni zamanda şərəfli yol keçib.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiya iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyətinin Yeni Azərbaycan Partiyasının üzvləri olduğu nəzərə alınaraq YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Partiyanın 21 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfansını keçirən partiyanın bu gün sıralarında 600 mindən artıq üzvün birləşməsi də deyilənlərin təsdiqidir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev YAP Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə bildirmişdir: "Bu gün və gələcəkdə bizimlə rəqabət aparmaq iqtidarında olan qüvvə yoxdur. Amma bu o demək deyil ki, biz arxayınlaşaq və fəaliyyətimizi bir az zəiflədək. Əksinə, bizim fəaliyyətimiz siyasi mübarizədən daha çox Azərbaycanın inkişafına yönəlibdir. Biz siyasi mübarizə məsələlərini çoxdan həll etmişik. Bu baxımdan mən gələcəkdə heç bir problem görmürəm. Bizim fəaliyyətimiz, fəal olmağımız, bütövlükdə, Azərbaycanın inkişafına yönəlibdir... Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Əlbəttə, insanlar daha da tələbkar olmalıdır, daha da səmərəli işləməli və bu yüksək adı çox şərəflə daşımalıdırlar." Bu fikir də xüsusi qeyd edilmişdir ki, nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.

Partiyanın sıralarında birləşən üzvlərin 40 faizini gənclərin təşkil etməsi də bir çox məqamlara aydınlıq gətirir. Bunun özü Azərbaycan gəncləri arasında YAP-ın nüfuzunun sübutudur. Azərbaycan gənclər ölkəsidir. Gənclərin böyük əksəriyyətinin siyasi fəaliyyətini bu partiya ilə bağlaması onun gələcəyinə, həyata keçirdiyi siyasətə inamının təsdiqidir. Bu gun Azərbaycanda ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. Çünki bu illər ərzində YAP birmənalı şəkildə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaradır. Hər il partiya sıralarına daxil olanlar arasında gənclərin xüsusi çəkisinin artması onu göstərir ki, gənclər YAP-ın timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür. Beləliklə, cəmiyyətimizin çox böyük insani resurslarından olan gənclər YAP-ın tərkibində çox səmərəli fəaliyyət göstərir və eyni zamanda partiya gənclərin ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırması üçün ciddi səylər göstərir. 2009-cu ilin dekabrında ölkədə keçirilən bələdiyyə seçkilərində YAP gənclərin seçkilərdə yaxından iştirak etməsi təşəbbüsünü irəli sürdü və bunun da çox müsbət nəticəsi oldu. 2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərdə isə onların təmsilçilik faizləri 27 faizə çatdı. Bu rəqəm hər zaman önə çəkilir ki, gənclərin bələdiyyələrdə iştirak səviyyəsi bələdiyyə təcrübəsi əsasında 10 dəfə artıb. Parlamentdə də gənclərin təmsilçilik faizləri artıb. Bu, gənclərimizin ictimai fəallığının artmasında irəli gəlir. Qazanılan uğurlarda gənclərin əhəmiyyətli rolu ölkə rəhbərliyi və YAP tərəfindən yüksək qiymətləndirilir. 2011-ci ildə dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ad günü ərəfəsində YAP Gənclər Birliyinin yeni ofisinin istifadəyə verilməsi də bu diqqət və qayğının təzahürüdür. Azərbaycan gələcəyi gənclərə məxsusdur. Gənclər fəallıqlarını artırmaqla böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfəsini verə bilərlər. Bu fikir də hər zaman qeyd edilir ki, gəncliyə böyük önəm verməklə əslində partiyanın gələcək gücünün, qüdrətinin əsasları, bünövrəsi daha da möhkəmləndirilir.

22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə gələcəyə inam daha da artır. Bu gün Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında yüksək səviyyədə təmsil olunması, həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tribunalar əldə etməsi, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin təşkili üçün ideal məkan kimi dəyərləndirilməsi, ən əsası iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması düzgün təmələ əsaslanan siyasətin nəticəsidir. Sözsüz ki, bu uğurlarda Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Partiyanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər davamlılığı ilə diqqət çəkir. Bu günlərdə 70 ölkədən 800-ə yaxın nümayəndənin qatıldığı III Beynəlxalq Humanitar Forumda bu fikir xüsusi qeyd olunmuşdur ki, mədəniyyətlər, sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsində siyasi partiyaların rolu böyükdür. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfransın keçirilməsi bir daha xatırlanmış və təqdir olunmuşdur. Məlum olduğu kimi, 2007-ci ildə partiyanın təşkilatçılığı ilə ölkəmizdə 30 ölkədən 40-a yaxın partiya nümayəndəsinin iştirakı ilə "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünün ayrı-ayrı ölkələrin nüfuzlu partiyaları tərəfindən yüksək qiymətləndirilməsi partiyanın tutduğu mövqenin böyük dəstək qazanmasının təzahürü kimi qeyd olunmuşdur. Ötən il Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ərəfəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının ölkəmizdə keçirilməsi də beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir. 2011-ci ildə isə partiyanın təşkilatçılığı ilə 30 ölkədən 60-a yaxın nümayəndənin iştirakı ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirin ölkəmizdə keçirilməsini şərtləndirən amil də məhz sürətlə iqtisadi, demokratik inkişafdır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan əlaqələrin möhkəmləndirilməsində körpü rolunu oynayır. Uğurlarımız biri-birini əvəzlədikcə Azərbaycanın bu missiyası daha da möhkəmlənir, gələcəyə inam hissi daha da artır.

Partiyanın keçdiyi 21 illik şərəfli yol ən əsası xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən möhtərəm cənab İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir. 2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2008-ci il prezident seçkilərində, 2008-2013-cü illərdə gördüyü işlər isə cari ilin oktyabrında keçirilən prezident seçkilərində qələbsini təmin etdi. Xalqımız 9 oktyabr prezident seçkilərində fəal iştirakı, möhtərəm İlham Əliyevə dəstəyi ilə bir daha bu reallığı təsdiqlədi ki, dövlətinin, xalqının gələcəyini düşünən, bunu hər addımında təsdiqləyən liderə sevgi, etimad, inam böyükdür. Hər bir vədini əməli işi ilə təsdiqləyən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını həyata keçirilən siyasətin önündə saxlayır. Uğurların davamlılığını təmin etmək üçün atılan biri-birindən əhəmiyyətli addımlar da bunun təsdiqidir.

1993-2003-cü illəri ölkəmizdə sabitlik və inkişaf illəri kimi xarakterizə edən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında bu fikri də əsaslı şəkildə diqqətə çatdırdı ki, 2003-cü ildən sonra da Azərbaycanın uğurlu inkişafı davam etmişdir: "Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik."

O da aydındır ki, qarşıdakı illər üçün hədəflər müəyyənləşdirilərkən ötən illərin uğurlarının təhlilinə böyük zərurət yaranır. Dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində yaşadığımız il daim əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və yüksək səviyyədə icrası uğurların davamlılığına böyük stimul verir. Həmin proqramlarda prioritetlər müəyyənləşdirilir, onların icra mexanizmləri və sərf olunacaq maliyyə vəsaitləri öz əksini tapır. Möhtərəm İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq, regional inkişaf proqramlarını təsdiqləməklə bugünkü uğurlara möhkəm baza yaratdı. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsidir ki, cari ilin 9 ayında qeyri-neft sektorunda artım 10,4 faiz təşkil etmişdir. ÜDM-də özəl bölmənin payının 85 faizdən artıq olması da bu sahəyə diqqətin bariz nümunəsidir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın 2009-cu ildə dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından uğurla çıxmasını təmin etdi. Bir sözlə, iqtisadi böhran hər bir ölkənin hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan iqtisadi artımı ilə dünyanın diqqətində dayandı.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolu inkaredilməzdir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bildirir: "Bizim ikitərəfli formatda qurduğumuz xarici siyasət nümunə ola bilər. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulubdur. Bu, bizim yanaşmamızdır." Azərbaycan son on ildə beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi uğurlu xarici siyasətə əsaslanır. Ölkəmiz 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu mühüm hadisə təbii ki, Azərbaycanın bu gününə və gələcəyinə, ədalətli mövqeyinə inamdan irəli gəlir. Ölkəmiz siyasətində müstəqil olduğunu atdığı hər addımında nümayiş etdirir. Düzgün seçilən yol Azərbaycanın dostlarının sayını artırır, beynəlxalq nüfuzunu möhkəmləndirir. 9 oktyabr prezident seçkilərində xalqın böyük dəstəyini qazanan möhtərəm İlham Əliyevə ünvanlanan təbrik məktublarında da Azərbaycanın son on ildə qazandığı uğurları fonunda qarşıdakı illərə inam hissi xüsusi önə çəkilir. Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə iqtisadi qüdrətini günbəgün artırır, yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir.

Qeyd etdiyimiz kimi, uğurlu başlanğıc uğurların davamlılığı, yeni hədəflərin müəyyənləşdiriməsi üçün əsasdır. 20 il bundan öncə Azərbaycan xalqı ictimai-siyasi sabitliyin təmin olunmasını, ölkənin inkişafını arzulayırdısa, bu gün artıq inkişaf etmiş ölkələr sırasında birgə addımlamaq əsas hədəfimizdir. Son on ildə dövlət büdcəmizin 20 dəfədən çox artması uğurlu iqtisadi islahatların nəticəsidir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə büdcəmiz 1,2 milyard dollar, valyuta ehtiyatımız 1,6 milyard dollar idi. Bu gün ölkəmizin valyuta ehtiyatı 50 milyard dollara çatıb. İqtisadiyyatın inkişaf göstəricisi olan ümumi daxili məhsul son on ildə 3 dəfədən çox artıb. Qarşıdakı on il üçün əsas hədəflərdən biri də məhz ÜDM daha 2 dəfə artırmaqdır.

Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında ayrı-ayrı sahələr üzrə əldə olunan uğurları faktlar əsasında diqqətə çatdıraraq bu fikri böyük qətiyyət və inam hissi ilə qeyd etdi: "Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti öz çiynimdə aparım. Çalışmışam ki, Ulu Öndərin siyasətinə layiq olum. Çalışmışam ki, onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan ulu öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir."

Qeyd etdiyimiz kimi, məhz bu uğurlar, reallıqlar 9 oktyabr prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yenidən qələbəsini şərtləndirdi. 9 oktyabr prezident seçkilərini ölkəmizdə demokratik islahatların təntənəsi, xalqın liderinə inamının, etimadının təzahürü kimi dəyərləndirən beynəlxalq qurumların, dövlətlərin təmsilçiləri, müşahidə missiyaları böyük əminliklə bildirdilər ki, Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir.

Demokratiyanın inkişafını fəaliyyətinin əsas prinsipləri kimi daim diqqətdə saxlayan, "İqtisadi islahatlar siyasi, demokratik islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq" söyləyən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev vurğulayır ki, insana azad, sərbəst düşünmək, hüquqlarını qazandıran dəyərlər mövcud olmadan iqtisadi və sosial inkişafdan danışmaq qeyri-mümkündür. İllərin təcrübəsi göstərir ki, Azərbaycanın demokratikləşmə strategiyası ölkəmizdə bu sahədə həyata keçirilən islahatların miqyasını genişləndirir, vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun, demokratik inkişafın təmin edilməsi möhtərəm İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.

Respublikamızda artıq formalaşan qanunvericilik bazasının təkmilləşdirilməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Azərbaycanın tolerantlıq təcrübəsi başaqa ölkələrə nümunə göstərilir. Bakıda keçirilən III Beynəlxalq Humanitar Forumda bu kimi tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirən amillərin mövcudluğu diqqətə çatdırıldı. Qeyd olunmuşdur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ölkəmiz dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur.

İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması dövlətin siyasətində priortiet məsələdir. Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə 2002 və 2009-cu ildə keçirilən referendum da Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarının qorunmasına, ölkənin hərtərəfli inkişafına göstərdiyi diqqətin bariz nümunələrindəndir. 2009-cu ildə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı təşəbbüsü yüksək dəyərləndirilərək, həmin ilin martın 18-də keçirilən referendumda vətəndaşların böyük əksəriyyəti tərəfindən dəstəkləndi. Konstitusiyanın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliyin böyük əksəriyyəti insan hüquqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiqlənməsi də respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya və qanunun aliliyinin təmin olunması istiqamətində həyata keçirilən islahatların istiqamətləri kimi rəğbətlə qarşılanır. Seçki sisteminin təkmilləşdirilməsi də əsas diqqət göstərilən məsələlərdəndir. 9 oktyabar prezident seçkiləri bunun bir daha təsdiqidir. Ölkədə keçirilən hər bir seçki prosesindən Yeni Azərbaycan Partiyasının böyük qələbə ilə çıxması onu göstərir ki, xalqın bu partiyanın siyasətinə dəstəyi, inamı böyükdür. Bu inam partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsində də özünü təsdiqləyir. Təsis konfransını Azərbaycanın müxtəlif regionlarından olan 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 mindən artıq üzvün birləşməsi böyük uğurdur. Bu gün tutduğu yola sadiqliyini atdığı addımları ilə təsdiqləyən Yeni Azərbaycan Partiyası ümumxalq partiyası mövqeyini daha da möhkəmləndirir, yeni hədəflərə çatmaq üçün səylərini artırır. Andiçmə mərasimində dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar olduğunu önə çəkərək bildirmişdir: "Son on ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir."

Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü, eyni zamanda harda yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin daha da qürətli, zəngin, müasir dövlətə çevrilməsinə öz töhfəsini verməlidir. Böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.

Təbii ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının 21 illik tarixi yolda əldə etdiyi uğurları bir yazıda qeyd etmək qeyri-mümkündür. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. Son on ildə Heydər Əliyev siyasətinə sadiqliyini uğurlu addımları ilə təsdiqləyən möhtərəm İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını təsdiqləməklə modernləşmənin, yeniləşmənin dövlət siyasətinin əsasını təşkil etdiyini nümayiş etdirməklə yanaşı, bu reallığı da ortaya qoydu ki, uğurların davamlılığının təmin olunması ölkənin hərtərəfli inkişafı üçün əsasdır. 22 illik müstəqillik tarixinə malik olan ölkəmizin ən böyük uğuru inkişafın Azərbaycan modelinin mövcudluğunun beynəlxalq səviyyədə dəstəklənməsidir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin uğurlu siyasəti bu məsələnin də tezliklə ədalətli həllinə tapacağına inamı artırır. Andiçmə mərasimində məsələnin nizamlanmasında hüquqi bazanın mövcudluğunu faktlar əsasında diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bir daha bəyan etmişdir ki, bundan sonra da bu məsələ ilə bağlı diplomatiyamız hücum diplomatiyası olacaq. Bizim hər bir qələbəmiz işğalçı Ermənistanın faciəsidir. Ötən hər gun, hər ay bizi qələbəyə yaxınlaşdırır. Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Qarşıdakı on ilin əsas hədəflərindən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həllidir. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Günbəgün möhkəmlənən iqtisadi imkanlarımızın fonunda hərbi qüdrətimiz də artır, ordunun maddi-texniki imkanları genişlənir. Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir.

Müstəqil Azərbaycanımız gündən-günə qüdrətlənir, müasirləşir, yeniləşir. Daim yeniliyə, müasirliyə dəstək olan Yeni Azərbaycan Partiyası uğurlarımızın davamlılığının təmin olunmasında səylərini əsirgəməyərək, sıralarında birləşdirdiyi yüz minlərlə üzvün potensial imkanlarından bəhrələnməyə çalışır. Birgə səylər inkişafa, tərəqqiyə yol açan əsas amillərdəndir.

TAP-ın buraxılış gücü artırıla bilərmi?
TAP-ın buraxılış gücü artırıla bilərmi?
Azərbaycanda ötən il istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Azərbaycanda ötən il istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Belarus ötən il Azərbaycandan 210 milyon dollar məbləğində neft idxal edib
Belarus ötən il Azərbaycandan 210 milyon dollar məbləğində neft idxal edib
Loading Bars
Xəbər lenti
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
Bu tarixdən kafe və restoranlar işləyə biləcək - Operativ Qərargah
Bu sahələrin fəaliyyəti bərpa olunur
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
"Twitter"in işində qüsurlar yaranıb
TAP-ın buraxılış gücü artırıla bilərmi?
260 qaziyə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib (FOTO)
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri
Braziliyada ötən sutka koronavirusdan 1 038 nəfər ölüb
Azərbaycanda istehsalı artmış və azalmış məhsullar açıqlanıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Kompensasiya ilə bağlı şayiələr həqiqəti əks etdirmir - TƏBİB
ABŞ-ın səhiyyə naziri istefaya gedib
Paytaxtın küçələri yenidən dezinfeksiya edilir (FOTO)
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Trampın "Facebook" və "İnstagram" hesabları bərpa edilib
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Bütün xəbərlər