...

İraqın Baş naziri Tehranda iki ölkə arasındakı sərhəd məsələlərini müzakirə edəcək

Siyasət Materials 23 Noyabr 2013 12:05 (UTC +04:00)
İraqın Baş naziri Nuri Əl-Məliki Tehrana rəsmi səfər edəcək.
İraqın Baş naziri Tehranda iki ölkə arasındakı sərhəd məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir T.Cəfərov/

İraqın Baş naziri Nuri Əl-Məliki Tehrana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi məlumat verir.

Məlumata əsasən, səfər bir neçə gün sonra baş tutacaq.

Səfərdə İran və İraq arasında 1975-ci ildə imzalanmış və "Əlcəzair Anlaşması" kimi tanınan müqavilə iki ölkə rəsmiləri arasında müzakirə olunacaq.

Məlumata əsasən, səfər zamanı, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin artırılması, regionda və beynəlxalq aləmdə baş verən proseslər haqqında da müzakirələr aparılacaq.

Qeyd edək ki, Əlcəzair Anlaşması İran və İraq arasında 6 mart 1975-ci ildə imzalanıb. Həmin anlaşmada İran və İraq arasında Şəttül-Ərəb (Ərvənd çayı) boyu iki ölkə arasında sərhədlər müəyyənləşdirilib. Ərvədn çayının Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir.

Əlcəzair anlaşması İranın Pəhləvi şahı və Səddam Hüseyn arasında imzalandı. Həmin müqavilədən bir neçə il sonra iki ölkə arasında iyirminci əsrin ən uzun müharibəsi (8 il - 1980-1988-ci illər) baş verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti