...

NATO-nun baş katibi Azərbaycanı təbrik edib

Siyasət Materials 29 Noyabr 2013 18:13 (UTC +04:00)
"Mən Azərbaycanı, Gürcüstanı və Moldovanı Avropa İttifaqı ilə münasibətlərdə mühüm addımlar atmaq üçün cəsarətlə və ağır əmək sərf etməklə azad seçim etdiklərinə görə təbrik edirəm".
NATO-nun baş katibi Azərbaycanı təbrik edib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

"Mən Azərbaycanı, Gürcüstanı və Moldovanı Avropa İttifaqı ilə münasibətlərdə mühüm addımlar atmaq üçün cəsarətlə və ağır əmək sərf etməklə azad seçim etdiklərinə görə təbrik edirəm".

Trend NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa İttifaqının Vilnüsdə keçirilən III "Şərq tərəfdaşlığı" sammitinin yekunları ilə bağlı bəyanatında deyib.

Baş katib qeyd edib ki, bu gün imzalanan sazişlər islahatları, ticarəti və humanitar əlaqələri gücləndirəcək, Avropada azadlıq, sabitlik və inkişafa töhfə verəcək:

"Mən "Şərq tərəfdaşlığı" proqramını alqışlayıram. Biz siyasi assosiasiya və iqtisadi inteqrasiya prosesini inkişaf etdirəcəyik. NATO bu məqsədləri bölüşür və təhlükəsizlik sahəsində əməkdaşlıq və tərəfdaşlıq yolu ilə dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti