...

Prezident İlham Əliyev: Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır

Siyasət Materials 3 Yanvar 2014 12:29 (UTC +04:00)
"Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar".
Prezident İlham Əliyev: Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

"Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı təbrik məktubunda deyib.

Dövlət başçısının təbrikində bildirilir: "Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik arzulayıram".

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan dövləti sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun hökm sürdüyü, yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi bir cəmiyyətə malikdir: "Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristian icması millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, inkişaf və quruculuq prosesində yaxından iştirak edirlər".

Dövlət başçısı vurğuylayıb ki, hər il Azərbaycanda təntənə ilə qeyd olunan Milad bayramı yeniliyi, əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir: "Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti