...

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib

Siyasət Materials 16 Yanvar 2014 16:15 (UTC +04:00)
Xatırladaq ki, “İlin adamı” mükafatı 2001-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilmişdir. Bu ada Azərbaycanın müstəqilliyi, ölkəmizin inkişafı, beynəlxalq miqyasda müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilən şəxslər layiq görülür.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı 2013-cü ildə vətəndaşların böyük əksəriyyətinin etimadını qazanaraq Prezident seçilməsinə, BMT Təhlükəsizlik Şurasının sədri kimi ölkəmizin nüfuzunun dünyada gedən proseslərə təsir göstərə biləcək səviyyəyə çatdırılmasına, Azərbaycanın kosmik dövlətlər sırasına qoşulmasına, iqtisadi inkişaf tempini qoruyub saxlamasına, "Şahdəniz-2", Trans-Adriatik və Trans-Anadolu layihələrinin uğurla həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına, Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olunmasına, rəsmi Bakının regionda yürütdüyü ardıcıl və prinsipial siyasət nəticəsində dünya güclərinin İranla bağlı mövqeyinin yumşalmasına zəmin yaratmasına görə bu ada layiq görülmüşdür.

Xatırladaq ki, "İlin adamı" mükafatı 2001-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilmişdir. Bu ada Azərbaycanın müstəqilliyi, ölkəmizin inkişafı, beynəlxalq miqyasda müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilən şəxslər layiq görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti