...

Yatsenyuk: Ukrayna Aİ ilə assosiasiya haqqınqa sazişi imzalamağa hazırdır

Siyasət Materials 27 Fevral 2014 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Ukrayna Avropa İttifaqı Aİ ilə assosiasiya haqqında sazişi imzalamağa hazırdır. Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu "Batkivşina" fraksiyasının lideri Arseniy Yatsenyuk ölkə parlamentində çıxışı zamanı bildirib.

Bundan əvvəl koalisiya A.Yatsenyukun Baş nazir postuna namizədliyini irəli sürüb. Radada səsvermə gözlənilir.

O, qeyd edib: "Əgər Aİ sazişi imzalamağa hazırdırsa, o zaman biz də sənədi imzalamağa hazırıq. Sazişin ikinci bəndində Aİ ilə vizasız rejim yazılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti