...

"Sepah"ın hərbi dəniz qüvvələrinin vertolyotları radardan yayına bilən raketlərlə təchiz olunub

Siyasət Materials 1 Mart 2014 09:41 (UTC +04:00)
İranın İslam İnqilabı Keşikçilər Korpusu "Sepah"ın hərbi dəniz qüvvələrinin vertolyotları "Nəsr-1" (Nasr-1) radardan yayına bilən və qanadlı raketlərlə (pilotsuz idarə olunan uçuş aparatı) təchiz olunub.
"Sepah"ın hərbi dəniz qüvvələrinin vertolyotları radardan yayına bilən raketlərlə təchiz olunub

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir T.Cəfərov/

İranın İslam İnqilabı Keşikçilər Korpusu "Sepah"ın hərbi dəniz qüvvələrinin vertolyotları "Nəsr-1" (Nasr-1) radardan yayına bilən və qanadlı raketlərlə (pilotsuz idarə olunan uçuş aparatı) təchiz olunub. Trend-in məlumatına görə, bu barədə tasnimnews xəbər saytı məlumat verir.

Məlumata əsasən, nəsr raketləri yaxınmənzilli hədəfləri məhv etmək qabiliyyətinə malikdir. Hazırda "Sepah"ın Bəndər Abbas şəhəri yaxınlığında Birinci Hərbi Dəniz donanmasındakı vertolyotlardan bir çoxu "Nəsr-1" radardan yayına bilən raketlərlə təchiz olunub.

İran ilk dəfə 2008-ci ildə "Nəsr-1" raketlərini hərbi təlimlərdə sınaqdan keçirib. 2010-cu ildən isə həmin raketlərin genişmiqyaslı istehsalına başlanılıb. "Nəsr-1" raketləri 35 kilometrədək məsafədə hədəfi (3000 tonluq gəmiləri) məhv etmək qabiliyyətinə malikdir. Bu növ raketlər gəmidə, katerlərdə, vertolyotlarda, qırıcı təyyarələrdə quraşdırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti