...

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı ölkəsinə təhvil verildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Mart 2014 14:20 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviç bu gün saat 14:00 radələrində ölkəsinə təhvil verilib.
Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı ölkəsinə təhvil verildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviç bu gün saat 14:00 radələrində ölkəsinə təhvil verilib. Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

Ş.Sayılov ibldirib ki, Xocayan Mamika Tiqranoviç Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə Ermənistan tərəfinə verilib.

BQXK-nın yaydığı məlumata görə isə, Bakıda, Azərbaycanda saxlanılan erməni vətəndaş Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında bu gün Ermənistana qaytarılıb. Bu şəxs Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib.

Qeyd edək ki, repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkiblər. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı olub.

Xatırladaq ki, yanvarın 28-də mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti