...

Çexiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib (FOTO)

Siyasət Materials 5 Mart 2014 19:36 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vitezslav Pivonkanı qəbul edib.
Çexiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Vitezslav Pivonkanı qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov V.Pivonkanı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib.

Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

V.Pivonka etimadnaməsinin surətini nazirə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti