...

Kerri: ABŞ Krımda referendumun nəticələrini qəbul etməyəcək

Siyasət Materials 14 Mart 2014 21:39 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri Krımda keçiriləcək referendumun qeyri-legitim olacağını təkid edir.
Kerri: ABŞ Krımda referendumun nəticələrini qəbul etməyəcək

Azərbaycan, Bakı, 14 mart /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri Krımda keçiriləcək referendumun qeyri-legitim olacağını təkid edir. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bir qədər əvvəl dövlət katibi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna üzrə 4 saatdan çox davam edən danışıqlar aparıb.

C.Kerri qeyd edib: "Mən irəliyə hərəkət etməyə imkan verən bir neçə ideya səsləndirdim. Lakin Lavrov açıq şəkildə bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin Krımda referendum başa çatanadək Ukrayna üzrə qərar qəbul etməyə hazır deyil".

Onun sözlərinə görə, ABŞ-ın bu referendum üzrə mövqeyi aydındır: "Biz bu referendumun konstitusiyaya, beynəlxalq qanunvericiliyə zidd və qeyri-legitim olduğunu hesab edirik. Biz referendumun nəticələrini qəbul etməyəcəyik. Rusiya irəliyə hərəkət etmək üçün vasitə tapa bilməsə, onu nəticələr gözləyir. Bu təhdid deyil, xəbərdarlıqdır".

Xəbər lenti

Xəbər lenti