...

YAP Novruz bayramında ahılları sevindirdi

Siyasət Materials 18 Mart 2014 15:11 (UTC +04:00)
Bu gün Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov və hakim partiyanın nümayəndələri Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatına baş çəkiblər.
YAP Novruz bayramında ahılları sevindirdi

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov və hakim partiyanın nümayəndələri Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatına baş çəkiblər.

Trend-in məlumatına görə, əvvəlcə Ə.Əhmədov pansionatın yeni tikilmiş korpusunda yaradılmış şəraitlə yaxından tanış olub.

Pansionatın direktoru Qətibə Əsədova pansionat haqqında məlumat verərək qeyd edib ki, yeni korpusda 170 nəfərin yaşaması üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, yeni korpusdakı otaqlardan 160-ı bir nəfərlik, beşi isə iki nəfərlikdir.

Binada yaradılan şəraitlə tanış olan Ə.Əhmədov daha sonra pansionatda yaşayan ahıl insanlarla görüşüb.

Pansionatın sakinləri qarşısında çıxış edən Baş nazirin müavini onları Novruz bayramı münasibətilə təbrik edib. Baş nazirin müavini bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənilməsi üçün lazımi addımlar atılır.

Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Ə.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir: "YAP olaraq biz bu qocalar evində, demək olar, ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanırıq, imkan daxilində onların mövcud problemlərini öyrənib kömək etməyə çalışırıq".

O deyib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən ahıllara həmişə diqqət və qayğı göstərir: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhvali-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın".

Pansionat sakinləri də çıxış edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram sovqatı təqdim olunub.

Qeyd edək ki, görüşdə YAP i9cra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti