Azərbaycan, Bakı, 20 mart /Trend/
Kiyev Rusiya ilə viza rejimini tətbiq etməyə və xarici pasportlara keçməyə tələsməməlidir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Arseniy Yatsenyuk deyib.
Onun sözlərinə görə, bu məsələdə 100 ölçüb 1 biçmək lazımdır: "Bu, çətin ki Rusiyaya təsir etmək baxımından səmərəli olsun. Lakin problem Ukrayna üçün humanitar önəm kəsb edir. Çünki Ukraynanın əksər vətəndaşları vizasız rejimdə maraqlıdırlar. Onlar pul qazanmaq və qohumlarına baş çəkmək məqsədi ilə Rusiyaya gedirlər".