...

Mixail Saakaşvili Gürcüstan Baş Prokurorluğuna çağırılıb

Siyasət Materials 22 Mart 2014 12:39 (UTC +04:00)
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili dindirilmək məqsədi ilə ölkənin Baş Prokurorluğuna çağırılıb.
Mixail Saakaşvili Gürcüstan Baş Prokurorluğuna çağırılıb

Gürcüstan, Tbilisi, 22 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili dindirilmək məqsədi ilə ölkənin Baş Prokurorluğuna çağırılıb.

Trend-in məlumatına görə, M.Saakaşvilinin sabiq Baş nazir Zurab Jvaniyanın ölüm işi üzrə ifadəsi alınacaq.

Qeyd edək ki, Z.Jvaniya və dostu Raul Yusupov 2005-ci il fevralın 3-də Tbilisidəki mənzillərin birində ölmüş vəziyyətdə tapılmışdılar.

Rəsmi versiyaya əsasən, ölümə səbəb dəm qazı nəticəsində zəhərlənmə olub. Lakin Baş nazirin qətlə yetirilməsi şübhəsi də mövcuddur.

Ötən gün bu iş üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili də dindirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti