...

ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Aprel 2014 09:52 (UTC +04:00)
ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, amerikalı konqresmen Ed Roys Azərbaycana səfər edəcək.
ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir S.Əhmədova/

ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, amerikalı konqresmen Ed Roys Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

C.Uorlik bildirib: "Bugün Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Roys ilə görüş keçirdik. Konqresmen Roys Azərbaycana, Ermənistana və Ukraynaya səfər edəcək".

Səfərin tarixi haqqında məlumat verilmir.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə faktı təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti