...

Obama yenə də "soyqırım" demədi

Siyasət Materials 24 Aprel 2014 17:46 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində yenə "soyqırım" ifadəsini işlətməyib.
Obama yenə də "soyqırım" demədi

Azərbaycan, Bakı, 24 aprel /Trend/

ABŞ Prezidenti Barak Obama Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində yenə "soyqırım" ifadəsini işlətməyib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, hər il aprelin 24-də ermənilər uydurma "erməni soyqırımı"nı qeyd edir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti