...

Türkiyənin hakim partiyasının bəzi məşhur deputatları parlamentə seçkilərində iştirak edə bilməyəcəklər

Siyasət Materials 3 May 2014 11:55 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 70-dən artıq hazırki deputatı 2015-ci il parlament seçkilərində iştirak edə bilməyəcəklər. Trend-in məlumatına görə, bu barədə şənbə günü “Sabah” qəzeti xəbər yayıb.
Türkiyənin hakim partiyasının bəzi məşhur deputatları parlamentə seçkilərində iştirak edə bilməyəcəklər

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 70-dən artıq hazırki deputatı 2015-ci il parlament seçkilərində iştirak edə bilməyəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Sabah" qəzeti xəbər yayıb.

Belə bir qərar iqtidardakı partiyanın növbəti qurultayında partiyadan olan deputatın 3 dəfədən artıq müddətə seçilməsi hüququnun olmamasına dair daxili nizamnaməsinə uyğun olaraq qəbul edilib.

Qəzetin məlumatına görə, 2015-ci il seçkilərində Baş nazirin müavinləri Bülənt Arınc, Bəşir Atalay və Əli Babacan, ədliyyə naziri Bəkir Bozdağ, AKP rəhbərinin müavini Hüseyn Çəlik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, Aİ işləri üzrə nazir və danıçıqlarda nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu kimi partiyanın məşhur nümayəndələri iştirak edə bilməyəcəklər.

Məlumatda o da bildirilir ki, hazırki Baş nazir Rəcəb Tayyib Ərdoğan da parlament seçkilərində iştirak etməyəcək.

Türkiyədə parlament seçkiləri 2015-ci il iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti