Azərbaycan, Bakı, 14 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Prezidenti Abdullah Gülün Çinə səfəri təxirə salınıb. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "TRT Haber" telekanalı yayıb.
Mayın 15-də Gül partlayış baş verən kömür mədəninin yerləşdiyi Manisa vilayətinə səfər edəcək.
Ölkənin Nazirlər Kabinetinin saytında yerləşdirilmiş məlumata görə, kömür mədənində baş vermiş faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.
Məlumatda deyilir ki, göstərilən müddət ərzində ölkə ərazisində, eləcə də bütün diplomatik nümayəndəliklərin binalarında dövlət bayraqları endiriləcək.
Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayışda 205 nəfər həlak olub.