...

Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum öz işini başa çatdırır

Siyasət Materials 24 May 2014 13:12 (UTC +04:00)
Sessiyalarından biri müasir kütləvi informasiya vasitələrinə həsr olunmuş üçgünlük Beynəlxalq Peterburq İqtisadi Forumu mayın 24-də öz işini başa çatdıracaq.
Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum öz işini başa çatdırır

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Tariverdiyeva/

Sessiyalarından biri müasir kütləvi informasiya vasitələrinə həsr olunmuş üçgünlük Beynəlxalq Peterburq İqtisadi Forumu mayın 24-də öz işini başa çatdıracaq.

Trend-in məlumatına görə, "Dəyişikliklər dövründə etimadın möhkəmləndirilməsi" mövzusuna həsr olunmuş forumda dünyanın iri şirkətlərinin rəhbərləri, həmçinin 60-dan çox ölkənin, o cümlədən Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Rusiya prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətində forumun bugünkü mövzusunun sürətli geosiyasi, texnoloji və struktur dəyişikliyinə həsr edilməsinin təsadüfi olmadığı vurğulanıb.

Forumda müxtəlif ölkələrdən və işgüzar dairələrdən ümumilikdə 6,5 min nümayəndə, həmçinin dünyanın aparıcı KİV və informasiya agentliklərinin 40 rəhbəri, o cümlədən Trend-in nümayəndələri iştirak edirlər.

İTAR-TASS-ın təşəbbüsü ilə Sankt-Peterburqdakı forumda dünya mediası və informasiya agentliklərinin rəhbərlərinin konfransı da baş tutub.

Dünən, mayın 23-də dünyanın aparıcı informasiya agentlikləri nümayəndələrinin iştirakı ilə "Müasir media: transformasiyanın qlobal tendensiyaları və perspektivlər" mövzusunda sessiya keçirilib. İTAR-TASS-ın baş direktorunun müavini Mixail Qusman və "Press Association"ın baş direktoru Klayv Marşalın moderatorluğu ilə keçirilən sessiya çərçivəsində "EFE News Agency"nin beynəlxalq əlaqələr üzrə direktoru Xuan Mariya Kalvo, "Associated Press"in baş redaktorunun müavini Tomas Kent, İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov, "Kyodo News"un icraçı direktoru Xiroki Suqita və başqaları, həmçinin Trend BİA-nın baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Elçin Hüseynov çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti