Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə "Cəbhət ən-Nüsra"nı terrorçu təşkilatlar siyahısından çıxarıb. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Qəzet yazır ki, "Cəbhət ən-Nüsra" ilə yanaşı, onunla əlaqəsi olan təşkilatlar da siyahıdan çıxarılıb.
Xatırladaq ki, Türkiyə iyunun 3-də "Cəbhət ən-Nüsra"nı terrorçu təşkilat kimi tanımışdı.
"Cəbhət ən-Nüsra" ("ən-Nüsra cəbhəsi") 2012-ci il yanvarın 23-də Suriyada hökumət qüvvələri ilə müxalifət arasında gedən hərbi əməliyyatlar zamanı yaradılıb.