...

ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin qətnamə layihəsi qəbul edilib

Siyasət Materials 30 İyun 2014 18:08 (UTC +04:00)
Trend-in məlumatına görə, qətnamə layihəsində ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır.
ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin qətnamə layihəsi qəbul edilib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin qətnamə layihəsi iki günlük müzakirələrdən sonra qəbul edilərək ATƏT PA-nın sessiyasına tövsiyə edilib.

Trend-in məlumatına görə, qətnamə layihəsində ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır.

Qətnamə layihəsində, həmçinin kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının zəruriliyi bildirilərək, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa İttifaqının strategiyasına uyğunlaşdırılmasının vacibliyi qeyd olunur.

Bundan əlavə, qətnamədə münaqişə regionlarında geniş yayılan və hər il çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların həlak olmasına səbəb olan silahların qanunsuz ticarətinin qarşısının alınması üçün yeni tədbirlərin görülməsinə çağırış edilir.

Qeyd edək ki, qətnamə layihəsi ATƏT PA-nın iyulun 2-də keçiriləcək plenar sessiyasında qəbul edildikdən sonra ATƏT-in rəsmi sənədi hesab ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti