...

Nuri əl-Maliki: İraq ordusu yaraqlıların ələ keçirdikləri şəhərlərə nəzarəti bərpa edir

Siyasət Materials 3 İyul 2014 11:07 (UTC +04:00)
İraq ordusu yaraqlıların ələ keçirdikləri şəhərlər üzərində nəzarəti bərpa edir.
Nuri əl-Maliki: İraq ordusu yaraqlıların ələ keçirdikləri şəhərlərə nəzarəti bərpa edir

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İraq ordusu yaraqlıların ələ keçirdikləri şəhərlər üzərində nəzarəti bərpa edir. Trend-in cümə axşamı Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın Baş naziri Nuri əl-Maliki deyib.

Hökumət başçısının sözlərinə görə, təhlükəsizlik qüvvələri "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı silahlılarının ələ keçirdikləri əraziləri hökumətin nəzarəti altına qaytarır.

İyunun 16-da yaraqlılar İraqın Təl-Əfar şəhərini üzərində nəzarəti ələ alıblar. İyunun 22-də bu şəhərdəki hərbi aeroport da yaraqlılar tərəfindən ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti