...

İraqda məşhur şiə lideri Baş naziri dəstəkləməməyə çağırıb

Siyasət Materials 7 İyul 2014 11:54 (UTC +04:00)
İraq şiələrinin tanınmış lideri Müqtəda əs-Sədr əhalinin ölkənin Baş nazirini dətəkləməməyə çağırıb.
İraqda məşhur şiə lideri Baş naziri dəstəkləməməyə çağırıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İraq şiələrinin tanınmış lideri Müqtəda əs-Sədr əhalinin ölkənin Baş nazirini dətəkləməməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Al JazeeraTürk" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, sünnilərin, eləcə də siyasi qruplaşmaların sıxışdırılmasında günahkar məhz Baş nazir Nuri əl-Malikidir.

O, həmçinin qeyd edib ki, hazırkı Baş nazir bu posta üçüncü dəfə iddia etməməli idi.

Bundan əvvəl əl-Maliki bəyan edib ki, ona ölkə daxilindən edilən güclü təzyiqlərə baxmayaraq, Baş nazir postuna namizədliyini vermək niyyətindədir.

Qeyd edək ki, Nuri əl-Maliki 2006-cı ildən İraqın Baş naziridir. Вu ilin aprelində oun başçılıq etdiyi şiə partiyalarının alyansı parlament seçkilərində qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti