...

Azərbaycan hərbçiləri İsveçrədə təkmilləşdirilmiş dağ təlimi keçəcəklər

Siyasət Materials 12 İyul 2014 12:09 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri İsveçrədə təkmilləşdirilmiş dağ təlimi keçəcəklər

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 14-dən 18-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, iyulun 25-dək Andermatt şəhərində (İsveçrə) Təkmilləşdirilmiş yay dağ təlimi kursu, avqustun 1-dək Vişkov şəhərində (Çexiya) Komanda və qərargah kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti