Azərbaycan, Bakı, 20 avqust /Trend/
İran parlamenti elm, tədqiqatlar və texnologiyalar naziri Rza Fərəci Dananın impiçmentini elan edib. Bu barədə Trend "Fars News" agentliyinə istinadən məlumat verir.
Nazir bu gün İran parlamentinin iclasında deputatların suallarına cavab verərkən ona qarşı impiçment elan edilib.
IRNA-nın məlumatına əsasən, 145 deputat impiçmentin lehinə, 110-u əleyhinə səs verib, 15-i isə bitərəf qalıb.
Tənqidçilər naziri akademik mühiti siyasiləşdirməkdə və ölkənin bəzi siyasətçilərini öz müşaviri təyin etməkdə günahlandırırlar.