...

Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolu istifadəyə verilib (FOTO)

Siyasət Materials 28 Avqust 2014 14:47
Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolu istifadəyə verilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.

Bu yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 12 sentyabr tarixli Sərəncamı ilə tikilib. Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. İyirmi beş min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39 kilometrdən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu ən müasir tələblər səviyyəsində inşa olunub. Tikinti işləri qısa müddətə, həm də keyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilib. İnşaat işləri zamanı 67 su keçidi tikilib, yolun kənarına müxtəlif siqnal dirəkləri basdırılıb.

Dördüncü texniki dərəcəli bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdırır, rahatlığını təmin edir. Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun tikintisi bir daha sübut edir ki, Beyləqanda sosial məsələlərin həlli, yol infrastrukturunun yenilənməsi sürətlə davam edir. Belə tədbirlərin həyata keçirilməsi, ilk növbədə, sakinlərin rahatlığını və onların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Bu, həm də dövlətimizin apardığı məqsədyönlü sosial siyasətin respublikanın hər bir kəndini əhatə etdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti