Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Donald Tuska təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə və hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.
İnanıram ki, Azərbaycanın Avropa İttifaqının bütün strukturları ilə əməkdaşlığının genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
İlham Əliyev D.Tuska möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.