...

Türkiyənin Müdafiə Nazirliyi Naxçıvanda keçirilən hərbi təlimi izləyib (FOTO)

Siyasət Materials 23 Oktyabr 2014 21:57 (UTC +04:00)
Oktyabrın 21-i və 22-də Ərzurum şəhərində yerləşən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-polkovnik Şərəf Önqayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində səfərdə olub
Türkiyənin Müdafiə Nazirliyi Naxçıvanda keçirilən hərbi təlimi izləyib  (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Oktyabrın 21-i və 22-də Ərzurum şəhərində yerləşən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-polkovnik Şərəf Önqayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində səfərdə olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin muzeyini ziyarət ediblər. Sonra qonaqlar Şəhidlər xiyabanını və Türk şəhidləri abidəsini ziyarət edərək öz ehtiramlarını bildiriblər.

Nümayəndə heyətini qərargahda qəbul edən Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev türkiyəli qonaqların Naxçıvana səfərini iki qardaş ölkə arasında hərbi sahədə əlaqələrin inkişafı kimi dəyərləndirib. Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyətin sosial-məişət şəraiti, döyüş hazırlığının səviyyəsi ilə tanış olub, yeni açılmış Təlim və Tədris Mərkəzinə baş çəkib, poliqonda bölmələrlə keçirilən taktiki təlimləri izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti