...

Qırğızıstan Azərbaycanda səfirlik açır

Siyasət Materials 24 Oktyabr 2014 16:21 (UTC +04:00)
Qırğızıstan Prezidenti Almazbek Atambayev “Azərbaycanda səfirliyin təsis olunması haqqında” sərəncam imzalayıb.
Qırğızıstan Azərbaycanda səfirlik açır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Qırğızıstan Prezidenti Almazbek Atambayev "Azərbaycanda səfirliyin təsis olunması haqqında" sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama görə, Azərbaycan ilə əldə olunan razılaşmaya uyğun olaraq, eləcə də Qırğızıstanın Azərbaycan ilə gələcək siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrinin təmin olunması məqsədilə Azərbaycanda Qırğızıstan səfirliyi açılır.

Qırğızıstan rəhbərinin sərəncamı cümə günü Prezidentin saytında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti