...

Burkina Fasoda hərbi çevriliş

Siyasət Materials 31 Oktyabr 2014 17:34 (UTC +04:00)
Burkina Fasoda hərbçilər ölkə Prezidenti Blez Kompaorenin devrildiyini elan ediblər.
Burkina Fasoda hərbi çevriliş

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Burkina Fasoda hərbçilər ölkə Prezidenti Blez Kompaorenin devrildiyini elan ediblər.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, ötən gün ölkənin paytaxtı Uaqaduquda kütləvi etiraz aksiyaları başlayıb. Buna səbəb B.Kompaorenin yenidən prezident seçilməsi üçün ölkə konstitusiyasını dəyişmək cəhdi olub.

Bu arada ordu generalı Onore Traore müvəqqəti hökumət yaradıb və ölkə parlamentinin buraxıldığını bəyan edib.

Qeyd edək ki, B.Kampaore 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti