...

XİN rəhbəri: Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar

Siyasət Materials 3 Noyabr 2014 13:33 (UTC +04:00)
Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar.
XİN rəhbəri: Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Trend-in məlumatına görə, bunu bazar ertəsi Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfərinə hazırlıq görülür və səfər çərçivəsində bu sazişin imzalanması gözlənilir: "Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır və ölkələr arasında iqtisadi əlaqələr sürətli templə inkişaf edir".

P.Siyarto qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsi 17 faiz artıb: "Azərbaycan Prezidentinin səfərindən gözləntilərimiz böyükdür".

Nazir əlavə edib ki, Macarıstan "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycanla əməkdaşlığa da böyük əhəmiyyət verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti