...

İordaniya səfiri səylərini əsirgəməyəcək

Siyasət Materials 4 Noyabr 2014 18:08 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib.
İordaniya səfiri səylərini əsirgəməyəcək

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir N.İ.Məhəmməd Əl-Habaşneh ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti