...

Qüdsün müdafiəsi üçün beynəlxalq kampaniyaya start verildi (FOTO)

Siyasət Materials 15 Noyabr 2014 10:23
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu müsəlmanların müqəddəs məkanı olan "əl-Əqsa" məscidinə girişdə İsrail tərəfindən yaş məhdudiyyəti qoyulmasına etiraz olaraq beynəlxalq kampaniyaya start verib.
Qüdsün müdafiəsi üçün beynəlxalq kampaniyaya start verildi (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İlkin İzzət/

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu müsəlmanların müqəddəs məkanı olan "əl-Əqsa" məscidinə girişdə İsrail tərəfindən yaş məhdudiyyəti qoyulmasına etiraz olaraq beynəlxalq kampaniyaya start verib.

Forumun İstanbuldakı baş ofisindən Trend-ə verilən xəbərə görə, "50 yaşa qədər bir fələstinliyəm" (I am Palestinian under 50) adlı kampaniyanın əsas məqsədi İsrailin bir milyard yarım müsəlman tərəfindən müqəddəs sayılan bir məkanla bağlı bu qadağasının bölgədə və dünyada mədəniyyətlərarası qarşıdurmaya səbəb olmasının qarşısını almaq, Qüdsün 1400 illik müsəlman kimliyinin tamamilə yox edilməsi təşəbbüsünə etiraz etməkdir.

İslam Konfransı Gənclər Forumunun (İKGF) kabinet rəhbəri Elməddin Mehdiyev kampaniyanın sosial şəbəkələrin köməyi ilə İndoneziyadan İordaniyaya qədər təşkilata üzv olan 45 ölkədə paralel şəkildə həyata keçiriləcəyini və sözügedən böhran həll edilənə qədər davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Kampaniya çərçivəsində İstanbuldakı Sultan Əhməd meydanında böyük aksiya təşkil edilib, yerli əhaliyə və turistlərə məlumat məqsədi ilə hazırlanmış broşürlər paylanıb. Bənzər tədbirlər şəhərin ən böyük məscidlərindən hesab edilən Fateh və Eyyub məscidlərində də keçirilib.

Xatırladaq ki, bir müddət əvvəl İsrail dövləti təhlükəsizlik tədbirləri adı ilə "əl-Əqsa" məscidinə girişdə 50, daha sonra 45 yaş məhdudiyyəti qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti