Arzu Nağıyev: "Düşmən artıq Azərbaycanın yüksək döyüş qabiliyyətinə malik canlı qüvvəsinin olduğunu hiss edir" (MÜSAHİBƏ) (VİDEO)

Arzu Nağıyev: "Düşmən artıq Azərbaycanın yüksək döyüş qabiliyyətinə malik canlı qüvvəsinin olduğunu hiss edir" (MÜSAHİBƏ) (VİDEO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Ötən həftə ölkə başçısı, ali baş komandan İlham Əliyevin göstərişi ilə Silahlı Qüvvələrin növbəti irimiqyaslı hərbi təlimləri başladı. Bu təlimlərin Azərbaycan Ordusuna nələr verəcəyi, Silahlı Qüvvələrimizin döyüş gücü və ruhu, ümumilikdə bu təlimlərin önəmi barədə Kəpəz TV-nin (Region TV) "Həftənin qonağı" rubrikasının suallarını Trend İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev cavablandırıb.

- Arzu müəllim, ötən həftə Silahlı Qüvvələrin növbəti irimiqyaslı hərbi təlimləri başladı. Prezident, ali baş komandan İlham Əliyevin göstərişi ilə keçirilən təlimlərə müdafiə naziri Zakir Həsənov başçılıq edir. Bu təlimlərin ümumilikdə önəmi nədən ibarətdir?

- Fevral ayının 4-dən başlayaraq bütün qoşun növlərinin daxil olduğu 15 minlik hərbi təlimlər başladı. Bəli, qeyd etdiyiniz kimi, ali baş komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimlərə müdafiə naziri Zakir Həsənov və bütün qərargah üzvləri cəlb olunub və birbaşa müdafiə nazirinin rəhbərliyi ilə belə bir təlimlər başlayıb.

Ümumiyyətlə, Azərbaycan Ordusu demək olar ki, hər il istər texniki, istər digər cəhətlərdən öz texnikalarını dəyişir, yeni-yeni texnikalar əldə edir. Eyni zamanda, müasir döyüşaparma texnikasını yeniləmək istiqamətində müvafiq işlər görür. Məhz bu səbəbdən də belə təlimlərin keçirilməsi məqsədəuyğundur. Bu, müxtəlif döyüşqabiliyyətli qüvvələrin bir-birinə təması, eyni zamanda döyüşün taktiki cəhətdən aparılması baxımından məqsədəmüvafiq təlimlərdir.

- 2014-cü il Müdafiə Nazirliyində keçid dövrü adlandırıldı. Nəzərə alaq ki, ötən il də çox intensiv təlimlər keçirildi. Ancaq bu ilin əsl hərbi təlim ili olacağı vurğulanır. Bu təlimlərin intensivliyinin artması Azərbaycan Ordusuna ümumilikdə nələr verəcək?

- Düz qeyd edirsiniz ki, 2014-cü ildən başlayaraq Azərbaycan Ordusunda müəyyən dəyişikliklər baş verdi. Eyni zamanda, istər təchizat baxımından, istər müxtəlif ikinci dərəcəli işlər baxımından çox böyük dəyişikliklər var. Yeni texnika və silahlar əldə edilib, bunları mənimsəmək, əsgərə çatdırmaq üçün 2014-cü il doğrudan da yenidənqurma ili oldu. Ona görə də bu, yeni texnikaları öyrənməklə bərabər bütün strukturlar arasında təmasın öyrənilməsi deməkdir.

- Vurğuladığınız kimi, ötən ildən başlayaraq orduda yeni islahatlar həyata keçirildi. Bu islahatları 10-20 il öncəki və bir neçə il sonrakı Azərbaycan Ordusu arasındakı fərq baxımından necə dəyərləndirmək olar?

- Döyüşdə əsas məsələ əsgərin sağlamlığını qorumaq, eyni zamanda, itkinin az olması və ümumiyyətlə, olmamasıdır. Ən ümdə məsələ budur. Çünki, ən böyük dəyər insanın varlığıdır. Məhz bu baxımdan yeni döyüş texnikası, qoruyucu geyimlərin alınması bu gün Azərbaycan əsgərinin qorunması üçün ən güclü vasitələrdir. Əlbəttə, keçmişlə müqayisədə bu gün orduda böyük dəyişikliklər var. Təsəvvür edin ki, bu gün NATO standartına uyğun hərbi dəst, hərbi libas, dünya standartına uyğun döyüş sursatı və s. əldə edilmişdir. Bunları mənimsəmək üçünsə ağıl, qabiliyyət, savadlı əsgər, eyni zamanda, əsgəri öyrədə biləcək zabit lazımdır. Yəqin gördünüz ki, həm bu il, həm də keçən il ehtiyatda olan zabitlər və əsgərlər də bu təlimlərə cəlb olundu. Bu da o deməkdir ki, təlimlərə bu döyüş sursatlarının mütəxəssisləri olan şəxsləri dəvət ediblər. Əlbəttə, fərq çoxdur və bu gedişlə Azərbaycan Ordusunun döyüş qabiliyyəti artmaq istiqamətindədir. Heç vaxt unutmaq lazım deyil ki,bölgəmizdə müharibə gedir, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, öz torpaqlarımızı azad etmək üçün bizim böyük döyüş qabiliyyətinə malik, savadlı, eyni zamanda düşmənə hər vəziyyətdə cavab verə biləcək bir ordu lazımdır. Məhz bu təlimlərin keçirilməsində də bu, Azərbaycan xalqının özünə bir dəstək, ruh yüksəkliyi verir. Həmçinin ixtisasartırma prosesləri də davam edir.

- Ümumilikdə bu təlimlərin keçirildiyi zamanı necə dəyərləndirmək olar? Nəzərə alsaq ki, son dövrlər cəbhədə vəziyyət gərgindir, həm Azərbaycan tərəfinin şəhidləri var, həm Ermənistan çoxlu itkilər verib...

- Tam olaraq Azərbaycan-Ermənistan sərhədində, eyni zamanda, bu gün ermənilərin Dağlıq Qarabağda yaratdığı gərginlikləri sırf bu təlimlərlə bağlamaq düzgün olmazdı. Çünki ermənilər il başlayandan özlərinə bu döyüş taktikasını seçib və burada əsas məsələ, düşünürəm ki, Azərbaycanda keçiriləcək müxtəlif tədbirlərlə bağlı bu regionun necə gərgin vəziyyətdə olduğunu və burada müharibə getdiyini dünyaya bəyan etməkdir. Bu, hər cür vəziyyətdə ermənilərin dəst-xəttidir. Məhz belə bir zamanda bir ay müddətində düşmən tərəf 25-ə yaxın itki verib. Azərbaycan da şəhid verir. Torpağın qorunması uğrunda şəhid verilə bilər, öncə Vətəndir. Buna baxmayaraq, ermənilər artıq hiss edirlər ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə malik canlı qüvvəsi var və Azərbaycan Ordusunda doğrudan da böyük ruh yüksəkliyi var. Sadəcə olaraq məlumdur ki, Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, onun Qarabağ bölgəsində olan havadar qüvvələrinin geniş manevretmə imkanları var. Məhz buna görə də bu təlimlərin daha çox keçirilməsi daha məqsədəuyğun olardı. Yəni, zaman-zaman yeni texnikalar alındıqca, gərginlik olduqca təlimlərin keçirilməsi məqsədəmüvafiq hesab oluna bilər. Böyük ordu rəhbərlərinin bir deyimi var: "təlim nə qədər ağır olarsa, döyüş bir o qədər yüngül olar".

- Bu təlimlər əsgərlərimizə real döyüşdə özünü necə qorumaq lazım olduğunu öyrədəcək...

- Bəli, hər bir Azərbaycan əsgəri bizim gələcək genefonddur, gələcək atadır, valideyndir. Bunların sağlamlığını daima qorumaq üçün əlimizdən gələni etməliyik, bu istiqamətdə də müvafiq işlər aparılır. Birinci məsələ əsgərin sağlamlığının qorunmasıdır!

Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Loading Bars
Xəbər lenti
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Xocalı faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq lazımdır - Rusiyalı politoloq
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Bütün xəbərlər