...

Ərdoğan: Erməni lobbisinin qondarma "soyqırım" təbliği uğurla başa çatmayacaq

Siyasət Materials 11 Fevral 2015 10:38 (UTC +04:00)
Erməni lobbisinin 1915-ci il hadisələrini “soyqırım” kimi təbliğ etməsi uğurla başa çatmayacaq.
Ərdoğan: Erməni lobbisinin qondarma "soyqırım" təbliği uğurla başa çatmayacaq

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Erməni lobbisinin 1915-ci il hadisələrini "soyqırım" kimi təbliğ etməsi uğurla başa çatmayacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, erməni lobbisi qondarma "erməni soyqırımı"nın yüz illiyinin yaxınlaşması ilə əlaqədar Türkiyəyə qarşı fəaliyyətini daha da fəallaşdırıb.

Ərdoğan qeyd edib ki, Türkiyə dəfələrlə Ermənistana dostluq əlini uzadıb, lakin bütün bunlar erməni lobbisinin səyləri sayəsində nəticəsiz qalıb.

Dövlət başçısı bildirib ki, Ankara daim 1915-ci il hadisələrinin öyrənilməsi üçün arxivləri açmağa hazır olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti