Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Anaxanım Hidayətova/
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfərdədirlər. Bu barədə Trend-ə Avropa Şurası Parlament Asssambleyasının mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində həmməruzəçilərin Milli Məclisin spikeri Oqtay Əsədov, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, baş prokuror, ədliyyə naziri media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü nəzərdə tutulur.
Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə həmməruzəçiləri parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər.