...

Avropa Parlamentində ilk dəfə olaraq, Novruz bayramı qeyd olunub (FOTO)

Siyasət Materials 18 Mart 2015 15:02 (UTC +04:00)
Avropa Parlamentinin və Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası, Pakistan İslam Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Qırğızıstan Respublikası, Hindistan Respublikasının Belçikadakı səfirlikləri, UNESCO-nun Avropa İttifaqındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Parlamentində Novruz bayramı qeyd olunub.
Avropa Parlamentində ilk dəfə olaraq, Novruz bayramı qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Avropa Parlamentinin və Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası, Pakistan İslam Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Qırğızıstan Respublikası, Hindistan Respublikasının Belçikadakı səfirlikləri, UNESCO-nun Avropa İttifaqındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Parlamentində Novruz bayramı qeyd olunub. Bu barədə Trend-ə Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəlikdən məlumat verilib.

Bayram tədbirində Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı institutlarının çoxsaylı nümayəndələri, Belçika və Avropa İttifaqında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, eyni zamanda Belçika ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Avropa Parlamentinin Prezidenti Martin Şultsun iştirakçı ölkələrə ünvanladığı təbrik məktubu oxunmuş və səslənən çıxışlarda Novruz bayramı barədə tədbir iştirakçılarına məlumat verilmişdir.

Həm təbrik məktubunda, həm də Avropa Parlamentinin deputatları tərəfindən səslənən çıxışlarda Novruz bayramının multikulturalizm və sivilizasiyalararası dialoqa tövhə verdiyi qeyd olunmuş, eyni zamanda Avropa üçün həssas bir dönəmdə geniş bir coğrafi regionda qeyd olunan bu bayramın sivilizasiyalararası dialoqun daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanmışdır.

Azərbaycan stendində milli şirniyyatlarımızla yanaşı, Azərbaycanın turizm potensialını əks etdirən, eyni zamanda Bakıda keçiriləcək İlk Avropa Oyunları barədə kitab və broşürlər sərgilənmişdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti