...

AŞ PA həmməruzəçisinin Bakıya səfəri təxirə salındı

Siyasət Materials 7 Aprel 2015 17:12 (UTC +04:00)
AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Bakıya səfəri gözlənilmədən təxirə salınıb.
AŞ PA həmməruzəçisinin Bakıya səfəri təxirə salındı

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Bakıya səfəri gözlənilmədən təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə AŞ PA-nın "Twitter"dəki səhifəsində qeyd olunur.

Səfər aprelin 8-9-na planlaşdırılmışdı.

Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramunt sonuncu dəfə bu il 2-3 mart tarixlərində Azərbaycanda səfərdə olublar. Səfərin məqsədi noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki siyasi vəziyyəti müzakirə etmək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti