...

Abdullah Gül Azərbaycana gələcək

Siyasət Materials 14 Aprel 2015 16:22 (UTC +04:00)
Türkiyənin 11-ci Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdullah Gül III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.
Abdullah Gül Azərbaycana gələcək

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Türkiyənin 11-ci Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdullah Gül III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forumda A.Gülün "Yeni dünya düzəninin başlıca problemləri" mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub.

2014-cü ildən Mərkəzə üzv olan A.Gül Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirir. Onun fikrincə, bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının tapılmasında iştirakını təmin edə bilər.

Qeyd edək ki, "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda nüfuzlu siyasətçilər yeni dünyanın idarə edilməsi strategiyasının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparacaq. Müzakirələrdə onlarla ölkənin hazırkı və sabiq prezidenti, dövlət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, ekspert, elm adamları iştirak edəcəklər.

Xatırladaq ki, Forum Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti