Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
1915-ci il hadisələrini Osmanlı dövlətində ermənilərə qarşı "soyqırım" kimi dəyərləndirən Roma Papası Fransisk azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini unudub.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Papanın 1915-ci il hadisələrini birtərəfli dəyərləndirməsi Türkiyə üçün qəbuledilməzdir.